“Ulu Öndər mirasıdır yurdum Azərbaycan!” layihəsi çərçivəsində tədbir keçirildi.

“Ulu Öndər mirasıdır yurdum Azərbaycan!” layihəsi çərçivəsində tədbir keçirildi.

Qəbələ Regional QHT- lərin Resurs və Təlim Mərkəzində “Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ulu Öndər mirasıdır yurdum Azərbaycan!” layihəsi çərçivəsində tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Qəbələ Regional QHT -lərin Resurs və Təlim Mərkəzinin icraçı direktoru Anar Məhərrəmov iştirakçıları salamladı, tədbirin mövzusu haqqında məlumat verdikdən sonra çıxış üçün sözü Birliyin sədri İsgəndər Ağakişiyevə verdi. İ. Ağakişiyev tədbir iştirakçılarına Birliyin yaranma səbəbi, məqsədi, hazırda həyata keçirilən layihə və donor haqqında məlumat verdi.
Sonra çıxış üçün söz layihənin eksperti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Elnur Bağırlıya verildi.
E. Bağırlı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamız üçün əhəmiyyətli dəyişikliklər və hadisələrdən, müsbət irəliləyişlərdən danışdı. 
Ekspert bu gün Ulu Öndərin siyasi kursunun onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilməsindən söz açdı. Gənclərimizi vətənimizə layiqli, vətənpəvərlik ruhunda tərbiyə olunmağa, Milli Qəhrəmanlar Mübariz İbrahimov və Fərid Əhmədov kimi vətənsevər, qorxmaz, mərd olmağa səslədi. 
E. Bağırlı gənclərin fiziki, psixoloji və mənəvi sağlamlığının artırılması, gənclər arasında təbliğat işinin gücləndirilməsi üçün respublikamızda hər bir şəraitin yaradılmasından bəhs etdi. 
Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparıldı.
Qəbələ Regional QHT -lərin
Resurs və Təlim Mərkəzinin
mətbuat xidməti