Təşkilatımızın şəxsi maliyyə vəsaiti hesabına İsmayıllıda 6 regiondan olan 250-dən  çox gəncin iştirakı ilə “İsmayıllı Regional Gənclərin II İnkişaf Forumu” təşkil olunmuşdur.

Təşkilatımızın şəxsi maliyyə vəsaiti hesabına İsmayıllıda 6 regiondan olan 250-dən çox gəncin iştirakı ilə “İsmayıllı Regional Gənclərin II İnkişaf Forumu” təşkil olunmuşdur.

Təşkilatımızın şəxsi maliyyə vəsaiti hesabına İsmayıllıda 6 regiondan olan 250-dən  çox gəncin iştirakı ilə “İsmayıllı Regional Gənclərin II İnkişaf Forumu” təşkil olunmuşdur.

Forumun gündəliyinə əsasən ilk öncə ulu öndər  Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Daha sonra İsmayıllı Regional Mədəniyyət evinin foesində Peşə Təhsil Mərkəzinin tələbələrinin əl işlərindən ibarət sərgiyə rəsmilər tərəfindən baxış keçirilmişdir. Gənclərin əl işləri qonaqların marağına səbəb oldu.

Forumdan öncə “Gələcək Naminə” İctimai Birliyi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzi ilə üç tərəfli anlaşma memorandumu imzalandı. Memorandumun şərtlərinə əsasən məqsədimiz regionda sakibkarlığın təşviqi, gənclərin peşə yönümlü layihələrə cəlb edilməsi və onların peşəkar karyera inkişafına dəstək olmaqdır. Razılaşmaya əsasən növbəti aydan artıq bu sahədə genişmiqyaslı işlər görüləcəkdir.

Dövlət himni səsləndirildikdən sonra forumun rəsmi hissəsi açıq elan edildi. Rəsmi qonaqların çıxışlarının ardından  forumun I panel sesiyası öz işinə başladı. I panel sesiyada "Dövlət Gənclər siyasəti və gənclərə regionlarda yaradılmış şərait" mövzusunda geniş müzakirələr aparıldı. Spikerlər Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Ramin Həbibzadə, Dövlət Məşğulluq Agentliyin əməkdaşı Mikayıl Tağızadə və ASAN xidmətin əməkdaşı Həsənxan Həsənxanlı mövzuya uyğun fikirlərini çıxışlarında qeyd etdikdən sonra gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Gənclərin ən çox maraqla gözlədiyi II panel "Gənclərin inkişafında sahibkarlıq" mövzusunda maraqlı müzakilərlə davam etdi. II panel Rəvan Cəfərlinin moderator və spikerliyi ilə müzakirələr təşkil edildi. Basqal Hotelin əməkdaşı İbrahim müəllim turizm sektorunda yeniliklər və oteldə region gənclərinə yaradılan şəraitdən geniş danışdı. Daha sonra İsmayıllı DPTM -nin direktoru Cəlil Bağırov regionda gənclərin istehsalat sahəsində təhsil alması üçün hər cür şəraitin yaradıldığını qeyd etdi. Spiker Taleh Həsənli isə regionlarda olan startaplar və onlardan gənclərin yararlanması barədə ətraflı danışıldıqdan sonra gəncləri maraqlandıran suallar cavablandırıldı. 
Bununla da forum öz işinə yekun vurdu. Sonda isə gənclərlə birgə xatirə fotoları çəkildi.

Qeyd edək ki, “Regional Gənclərin II İnkişaf Forumu” Gələcək Naminə İctimai Birliyi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Gənclərin Karyera və İnkişaf Mərkəzi, Basqal Hotel, Careera.az, Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası, Tutorlab və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə təşkil edilmişdir.

 

d5d65f0a5c1d5400ea8ed005246e5987.jpg
c183c394f61b549c945c3cfed3f5de3a.jpg
d6e2a605076ed8d311e6621964d617ec.jpg
07b3ec189dde8e12f2ff57319e5edbea.jpg
a98a251ea3ad7185039dbf5a05112af9.jpg
15fa93e9dcf5cf3ec3cfec2be90f456a.jpg
8289361316d96e70acc8cbb3c16aa1be.jpg
74fa86df977cf1b6a6787ee76031eb3a.jpg
8710df213a78a9d77f5c55372dd056ce.jpg