Təşkilatımız BMT ilə birgə layihəyə start verdi
Gələcək Naminə İctimai Birliyi ilə Gəncə Əlil Qadın və Uşaq Mərkəzinin birgə təşkilatçılığı ilə "Öz Biznesinə Başla" layihəsinə start verdik.
Layihə çərçivəsində qaçqın və məcburi köçkünlər, əlilliyi olan şəxslərə bizneslərini qurmağa yardım ediləcəkdir.
Layihənin tərəfdaşları:
-Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi
-UN Refugee Agency
-BMT-nin DELEQE Gəncə ofisi
-Əlil Qadınlar Cəmiyyəti Gəncə şöbəsi
Layihənin tərkib hissəsi olan Silsilə təlimdən öyrənəcəksiniz:
✅ Sahibkarlara və sahibkar olmaq istəyənlərə dövlət dəstəyi və yaradılan fürsətlər
✅Biznesə başlayarkən diqqət edilməli olan məqamlar
✅ Sahibkar kimdir?
✅ Biznesmenin rol və bacarıqları;
✅ İdeanın tapılması və araşdırılması;
✅ İş fəaliyyətində ilk addımlar;
✅ Biznesin vergi və hüquqi aspektləri
✅ Onlayn şəkildə sahibkarlıq subyektinin yaradılması
✅ Yeni biznesə başlayanlar üçün maliyyə mənbələrinə çıxış
✅ Gəlirlərin və xərclərin idarə olunması
✅ Biznesin yaradılmasından işçilərin işə qəbulu və hesabatların təqdim edilməsinə qədər olan prosesin idarəedilməsi