"Regionlarda Qadınların İqtisadi Gücünün Artırılması"  layihəsinə start verilib

"Regionlarda Qadınların İqtisadi Gücünün Artırılması" layihəsinə start verilib

"Regionlarda Qadınların İqtisadi Gücünün Artırılması"  layihəsinə start verilib

Kiçik Orta Biznes İnkişaf Agentliyinin (KOBİA), "Gələcək naminə" İctimai Birliyi, Yevlax və Göyçay - Ağdaş KOB inkişaf mərkəzləri, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Ailə Qadın və Uşaq Problemləri üzrə Göyçay Qadın Resurs Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Regionlarda qadınların iqtisadi gücünün artırılması” layihəsi həyata keçirilir.

Mayın 20-də Göyçayda layihə çərçivəsində “Regionlarda qadınların iqtisadi gücünün artırılması: perespektivlər və imkanlar” mövzusunda tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı, xidmət və ticarət sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar qadın iştirak edib. Tədbirin məqsədi Göyçay, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Gəncə və Mingəçevir rayonlarında müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların fəaliyəti ilə tanış olmaq, onları sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumatlandırmaq və fikir mübadiləsi aparmaqdır. Tədbirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınaların işgüzar əlaqələrinin genişləndiriməsi və şəbəkələşməsinə dəstək üzrə müzakirələr aparılmış, həmçinin qadınların əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.

Layihə çərçivəsində sahibkar qadınlar üçün mentorluq dəstəyinin göstərilməsi nəzərdə tutulur.

54603e1f1bbad7d123951c866e4413e9.jpg
750e70ecf03299e0412881673e0a6d95.jpg
c1f5fa9d8611295779a53acaabd63e3b.jpg
78d3be20bed1a2e9d45055a3dce94ac6.jpg
f6b8df429f1de62d208b494ff4650015.jpg