“Region gənclərinin könüllülük təşəbbüslərinə dəstək” layihəsinin icrasına başlamışdır.

“Region gənclərinin könüllülük təşəbbüslərinə dəstək” layihəsinin icrasına başlamışdır.

Region qadınları “Uğurlu Karyera Naminə”!
“Gələcək Naminə” vətəndaş cəmiyyətinin inkişafına dəstək ictimai birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin könüllülük təşəbbüslərinə dəstək” layihəsinin icrasına başlamışdır. 
Layihənin məqsədi özünə düzgün yol seçməkdə, totalitar rejimdən bütün cəmiyyətə miras qalmış ziyanlı stereotiplərdən azad olmaqla, karyera pilləkənləri ilə irəliləməkdə, özünü dərk etməkdə, öz potensialını düzgün qiymətləndirməkdə, özünə harmonik inkişaf yolları tapmaqda qadınlara kömək etməkdir.
Layihə Kürdəmir, Ucar, Yevlax rayonlarının ucqar kəndlərində həyata keçiriləcək. Layihə həyata keçirildiyi müddətdə layihə heyətinin məqsədi iş axtaran qadınları, özünü tanımadan başlayaraq birinci iş günü ilə bağlı məsləhətlərə qədər karyera yolu boyunca səyahətə aparmaqdır. İş axtarmasında onlara yardım etmək üçün yol boyu müxtəlif maraqlı təlimlər, sorğular, müzakirələr, çalışmalar, treninqlər, testlər keçiriləcəkdir. Layihə çərçivəsində həmçinin benefisiantlara maarifləndirici nəşrlər (buklet, broşur, posterlər) hazırlanıb paylanacaqdır.