Qalib SƏNSƏN!” layihəsinin icrası uğurla davam etdirilir

Qalib SƏNSƏN!” layihəsinin icrası uğurla davam etdirilir

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Qalib SƏNSƏN!” layihəsinin icrasını uğurla davam etdirir.

Layihə çərçivəsində Ağcabədi rayonunda gənclərin iştirakı ilə bilik yarışlarının keçirilməsi yekunlaşıb.  

Qeyd edək ki, Ağcabədidə indiyədək keçirilən intellektual bilik yarışlarında rayonun 8 saylı məktəbinin “Gənc istedadlar”, “Qalib mənəm” komandaları, 2 saylı məktəbin “Müvəffəqiyyət” və “Xəmsə” komandaları, 7 saylı və 11 saylı məktəblərin “Dəniz”, “Uran”, “Zirvə” və “Şahin” komandaları, 6 və 12 saylı məktəblərin “Şimşək”, “Konus”, “Günəş” və “Zəfər” komandaları yarışıblar. Yarışlar məktəblilərin intellektual səviyyəsinin yüksəlməsinə, onlarda qısa vaxt kəsiyində dəqiq qərarlar vermələrinə yardımçı olub. Qalib komandalar finala vəsiqə qazanıblar.

Final yarışı Ağcabədi rayonunun 3 saylı məktəb liseyində keçirilib. Finalda rayonun 2 saylı məktəbinin “Müvəffəqiyyət”, 7saylı məktəbin “Zirvə”, 1saylı məktəbin “Şahin” və 12 saylı məktəbin “Zəfər” komandaları yarışıblar. Maraqlı və gərgin keçən intellektual bilik yarışında 2 saylı məktəbin “Müvəffəqiyyət” komandası qalib olub.

Sonda qalib komandalar mükafatlandırılıblar.