Müəllimlər arasında "Peşəkar müəllim" layihəsi çərçivəsində “Xəmsə” milli intellektual oyunu təşkil edilmişdir.
2021-ci ildə başlatdığımız "Peşəkar Müəllim" layihəsi çərçivəsində region müəllimləri üçün ödənişsiz konsultasiyalar etdik, silsilə təlimlər keçdik, layihələrini hazırladıq və başqa digər lazımi addımlar atdıq. Bu dəfə isə intellektual biliklərini artırmaq üçün yarış keçirdik.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Gələcək Naminə İctimai Birliyi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində fəaliyyət göstərən müəllimlər arasında "Peşəkar müəllim" layihəsi çərçivəsində “Xəmsə” milli intellektual oyunu təşkil edilmişdir.
"Ümumilli Lider Heydər Əliyev", "Qarabağ", "Türkiyə və Azərbaycan", "Tariximiz" və s. mövzular ətrafında səslənən suallardan ibarət olan yarışmada 6 komanda olmaqla toplamda 30 müəllim mübarizə aparmışdır. Sonda isə "Şuşa" kamandası qalib gəlmişdir. Qalib komandalar kubok, diplom və medalla təltif edilmişdir.
Belə yüksək intellektli müəllimlər yetişdirdiyi üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə təşəkkürümüzü bildiririk.



