“Cehiz vermə -Təhsil ver!” layihəsinin icrasına start verildi

“Cehiz vermə -Təhsil ver!” layihəsinin icrasına start verildi

“Cehiz vermə -Təhsil ver!” layihəsinin icrasına start verildi

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Cehiz vermə -Təhsil ver!” layihəsinin icrasına start verib.

Layihənin məqsədi erkən nikahın qarşısını almaqdır. Valideynlərə uşaqlarına qarşı həssas olmağı, onları əşya kimi satmamağı, can qurtarmamağı aşılamaqdır. Erkən nigahdan 1 gənci belə xilas edə bilmək layihənin uğuru deməkdir. Çünki, bir erkən qurulan ailə sadəcə 2 insandan ibarət deyil. Onların timsalında bir nəsli qurtarmaq deməkdir.

Regionlarda gənclərin iştirakı ilə erkən evliliyə cəlb olunmuş gənclərə psixoloji dəstək verilməsindən və təlimlərin keçirilməsindən bəhs edən layihə Şəmkir və Samux şəhərlərində icra olunacaq.