“Cehiz vermə -təhsil ver!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Cehiz vermə -təhsil ver!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə həyata keçirilən “Cehiz vermə -təhsil ver!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. 
Layihənin məqsədi erkən nikahın qarşısını almaqdır. Valideynlərə uşaqlarına qarşı həssas olmağı, onları əşya kimi satmamağı, can qurtarmamağı aşılamaqdır. Erkən nikahdan 1 gənci belə xilas edə bilmək layihənin uğuru deməkdir. Çünki, bir erkən qurulan ailə sadəcə 2 insandan ibarət deyil. Onların timsalında bir nəsli qurtarmaq deməkdir.
Layihə çərçivəsində Samux şəhərində 2 saylı orta məktəbdə layihənin koordinatoru Aysel Cəfərovanın, layihənin eksperti Şahanə Tağıyevanın, məktəbin psixoloqlarının, müəllimlərin və şagirdlərin iştirakı ilə təlim keçirilib.
Təlimdə layihənin koordinatoru Aysel Cəfərova çıxış edərək iştirakçılara layihənin məqsədi və donoru haqqında məlumat verib. Ekspert Şahanə Tağıyeva regionlarda erkən evliliyə cəlb olunmuş gənclərə psixoloji dəstək verilməsindən və yeniyetmə qızlarımızın diqqətinin təhsilə yönəldilməsinə yardımçı olmaq üçün icra olunan layihənin əhəmiyyətindən danışıb. 
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb, xatirə şəkilləri çəkdirilib