06 may 2025
Azərbaycan Konsaltinqlər Assosiasiyası İdarə Heyəti-Dəyişimin və İnkişafın Rəhbərləri kimlərdir?
Şahbazova Günay, Azərbaycan Konsaltinqlər Assosiasiyası İdarə Heyətinin üzvü olaraq iclasların təşkilinə və idarə olunmasına mühüm dəstək verir. O, həmçinin müxtəlif fəaliyyət istiqamətləri üzrə nəzarət və koordinasiyanı təmin edir, təşkilatın gündəlik işlərinin düzgün və səmərəli aparılmasına kömək edir. Günay xanım, peşəkar bacarıqları və təşkilati təcrübəsi ilə, Assosiasiyanın strateji hədəflərinə çatmaq üçün vacib bir rol oynayır. Hazırda o, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının İdarə Heyətinin sədri vəzifəsini icra edir və bu vəzifədəki fəaliyyətləri ilə sektorda öz mükəmməl bilik və təcrübəsini nümayiş etdirir