26 January 2023
Peşə Təhsili üzrə Dövlət Agentliyi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Gələcək Naminə İctimai Birliyi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr arasında “Xəmsə” milli intellektual oyunu təşkil edilmişdir.
"Ümumilli Lider Heydər Əliyev", "Qarabağ", "Türkiyə və Azərbaycan", "Tariximiz" və s. mövzular ətrafında səslənən suallardan ibarət olan yarışmada 6 komanda olmaqla toplamda 30 tələbə mübarizə aparmışdır. Sonda isə "Zəfər" kamandası qalib gəlmişdir. Qalib komandalar kubok, diplom və medalla təltif edilmişdir.
Belə yüksək intellektli tələbələr yetişdirdiyi üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə təşəkkürümüzü bildiririk.





