"Gənclərin Zəfər Kuboku" adlı intellektual oyun təşkil olunmuşdur.

"Gənclərin Zəfər Kuboku" adlı intellektual oyun təşkil olunmuşdur.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Gələcək Naminə İctimai Birliyi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə peşə təhsili alan gənclər arasında "Gənclərin Zəfər Kuboku" adlı intellektual oyun təşkil olunmuşdur.
Layihənin əsas məqsədi xalqımızın tarixini, mədəniyyətini və milli-mənəvi dəyərləri təbliğ etmək, şəhidlərimizin xatirəsini yaşatmaq, ana dilində intellektual oyunlar hərəkatını güclü və dayanıqlı layihə olaraq region gəncləri arasında təşkil etməkdən ibarətdir. Yarışmada 6 komanda olmaqla toplamda 36 tələbə mübarizə aparmışdır. Sonda isə "Zəfər" kamandası qalib gəlmişdir. Qalib komandalar kubok, diplom və medalla təltif edilmişdir.

Belə yüksək intellektli tələbələr yetişdirdiyi üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə təşəkkürümüzü bildiririk.

d59b8ed83ccdc156c4399f4ef6e28653.jpg
c30920cb9a78118804ab8ff34b45e948.jpg
d4f7c5b3f96a3e4fc732001d30d87feb.jpg
5cca2825c66266063d8ef6cb60355324.jpg