“Cehiz vermə -Təhsil ver!” layihəsi şərşivəsində ilk tədbiri həyata keçirib.

“Cehiz vermə -Təhsil ver!” layihəsi şərşivəsində ilk tədbiri həyata keçirib.

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Cehiz vermə -Təhsil ver!” layihəsi şərşivəsində ilk tədbiri həyata keçirib.
Layihənin məqsədi erkən nikahın qarşısını almaqdır. Valideynlərə uşaqlarına qarşı həssas olmağı, onları əşya kimi satmamağı, can qurtarmamağı aşılamaqdır. Erkən nikahdan 1 gənci belə xilas edə bilmək layihənin uğuru deməkdir. Çünki, bir erkən qurulan ailə sadəcə 2 insandan ibarət deyil. Onların timsalında bir nəsli qurtarmaq deməkdir.
Layihə çərçivəsində Samux şəhərində 1 saylı orta məktəb liseydə tədbir keçirilib. Tədbirdə layihənin koordinatoru Aysel Cəfərova, ekspert Şahanə Tağıyeva, məktəb liseyin psixoloqlar, müəllimləri və şagirdləri iştirak ediblər.

Layihənin koordinatoru Aysel Cəfərova çıxış edərək iştirakçılara layihənin məqsədi və donoru haqqında məlumat verib. 
Ekspert Şahanə Tağıyeva regionlarda erkən evliliyə cəlb olunmuş gənclərə psixoloji dəstək verilməsindən və yeniyetmə qızlarımızın diqqətinin təhsilə yönəldilməsinə yardımçı olmaq üçün icra olunan layihənin əhəmiyyətindən danışıb. 
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb, xatirə şəkilləri çəkdirilib.