“Yaz notları” gənclərin yaradıcılıq festivalına start verildi

“Yaz notları” gənclərin yaradıcılıq festivalına start verildi

“Yaz notları” gənclərin yaradıcılıq festivalına start verildi

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yaz notları” gənclərin yaradıcılıq festival layihəsini icra edir.

Layihənin məqsədi gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılmasına kömək etmək, gənclərdə yaradıcılığa maraq oyatmaq, region gənclərinin yaradıcı ideyalarla çıxış etməsinə şərait yaratmaqdan ibarətdir.

Layihə Samuxda həyata keçiriləcək. Gənclərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması üçün açıq festival təşkil olunacaq. Festivalda layihənin iştirakçısı olan gənclər öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirəcək və özlərini cəmiyyətə təqdim edəcəklər.