“Ulu Öndər mirasıdır yurdum Azərbaycan!” layihəsi çərçivəsində növbəti tədbir Şirvan şəhərində keçirilib.

“Ulu Öndər mirasıdır yurdum Azərbaycan!” layihəsi çərçivəsində növbəti tədbir Şirvan şəhərində keçirilib.

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən “Ulu Öndər mirasıdır yurdum Azərbaycan!” layihəsi çərçivəsində növbəti tədbir Şirvan şəhərində keçirilib. 
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Birliyin sədr müavini Vüsal Mirzəyev və layihənin eksperti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Elnur Bağırlı çıxış ediblər. 
V.Mirzəyev tədbir iştirakçılarına Birliyin yaranma səbəbi, məqsədi, həyata keçirilən layihələrin əhəmiyyəti haqqında məlumat verib. 
E.Bağırlı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından, Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilməsindən danışıb. 
Tədbirdə E.Bağırlı Çanaqqala zəfərindən, bu zəfərin 100 illiyinin Türkiyədə, eləcə də, Azərbaycanda böyük təmtəraqla qeyd olunmasından bəhs edib.
Bundan başqa, ekspert layihə çərçivəsində keçirilən futbol oyunları barədə də məlumat verib. E.Bağırlı bildirib ki, futbol yarışları “Bakı-2015” ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar təşkil olunub.
Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, bu tədbir layihə çərçivəsində regionlarda keçirilən son tədbirdir