“Region gənclərinin könüllülük təşəbbüslərinə dəstək” layihəsi
Mingəçevir gənclərinin könüllülük təşəbbüslərinə dəstək!
“Gələcək Naminə” vətəndaş cəmiyyətinin inkişafına dəstək ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Region gənclərinin könüllülük təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində növbəti tədbir Mingəçevir şəhərində həyata keçirilmişdir.
Könüllülük ideyasının gənclər arasında təşviq olunması, könüllülərin formalaşdırılması, icma-könüllü əməkdaşlığının qurulması üçün onlara peşəkar təlimçilər tərəfindən təlimlər keçirilmiş, yerli fəal gənclərlə birgə könüllü aksiyalar, görüşlər təşkil edilmişdir.
Təlimlər, aksiyalar və görüşlər zamanı gənclərin könüllülük işini daha yaxşı anlamaları üçün maarifləndirici bukletlər paylanmışdır.
Sonda qiymətləndirmə seminarı təşkil olunmuş. Oraya 30 ən aktiv layihə iştirakçısı, yerli sakin və rəsmilərdən ibarət nümayəndə heyəti dəvət edilmiş, görülən işlər və onların əhəmiyyəti barədə fikirlər, təklif və iradlar öyrənilmişdir.