“Qalib SƏNSƏN!” layihəsinin icrasını Ucar rayonunda baş tutub

“Qalib SƏNSƏN!” layihəsinin icrasını Ucar rayonunda baş tutub

Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi “Qalib SƏNSƏN!” layihəsinin icrasını Ucar rayonunda davam etdirib.

Layihə çərçivəsində məktəblilərin iştirakı ilə Ucar rayonunun Gənclər Mərkəzində bilik yarışı keçirilib.

Tədbirlərdə Ucar rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai- siyasi şöbənin müdiri  Şəhla Abdullayeva, rayon Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov, təhsil şöbəsinin metodistləri, orta məktəb müəllimləri və valideynlər iştirak ediblər.

İntellektual bilik yarışında Ucar rayon 1 saylı orta məktəbin “Zəfər”, 2 saylı orta məktəbin “Ulduz”, 4 saylı orta məktəbin”Uran”, 6 saylı orta məktəbin “Best of  best” və Lək kənd orta məktəbinin “Tornado” komandaları yarışıblar.
Təşkil olunan bilik yarışmalarında qalib Ucar şəhər 4 saylı orta məktəbin “Uran”  komandası olub. Yarışlar məktəblilərin intellektual səviyyəsinin yüksəlməsinə, onlarda qısa vaxt kəsiyində dəqiq qərarlar vermələrinə yardımçı olub. 

Qalib komandalar Birlik tərəfindən mükafatlandırılıb.

Tədbirdən sonra Birliyin üzvləri və eksperti ilə görüşən Ucar rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi şöbənin müdiri  Şəhla Abdullayeva məktəblilər arasında bu kimi bilik yarışlarının keçirilməsinin ehemiyyətini qeyd etdi və “Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin nümayəndələrinə layihəni Ucar rayonunda təşkil etdikləri üçün məmnun olduğunu bildirdi.  Həmçinin bundan sonra da Ucar rayonunda layihələrin keçirilməsinə dəstək olacaqlarını təşkilat üzvlərinin diqqətinə çatdırdı.  

Qeyd edək ki, bilik yarışı Region TV tərəfindən işıqlandırılıb .